BFB 15 il

Bakı Fond Birjasi bu il 15 illik ildönümünü qeyd edir

2015-cü il Azərbaycan iqtisadiyyatının ən gənc və dinamik sahələrindən biri olan kapital bazarları üçün əlamətdar bir ildir. Bu il Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən Bakı Fond Birjası təsis olunmasının 15 illik yubileyini qeyd edir.

Sosial-iqtisadi və maliyyə sisteminin qloballaşması şəraitində uğurlu inkişaf yolu keçən Azərbaycan Respublikası son illərdə dünya miqyasında balanslaşdırılmış iqtisadiyyata nail olmuşdur. Bu müddət ərzində maliyyə sisteminin mühüm sahəsi olan qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olmuş və bu sahədə mütərəqqi hüquqi və təşkilati tədbirlər həyata keçirilmişdir. Bakı Fond Birjası da təsis olunduğu gündən kapital bazarları institutunun ölkəmizdə də formalaşması üçün mühüm islahat və quruculuq tədbirlərinin aparıcı qüvvəsi qismində çıxış etmişdir.

Ötən dövr ərzində Bakı Fond Birjası tərəfindən effektiv maliyyə vasitəçiliyinin həyata keçirilməsi üçün zəruri əməliyyat infrastrukturu yenilənmiş, ticarət sistemlərinə məsafədən qoşulma və ticarət və post-ticarət sistemlərinin inteqrasiyası həyata keçirilmiş, kompleks investisiya xidmətlərinin həyata keçirilməsini təmin edən qanunvericilik bazası yaradılmış, dünyanın bir çox maliyyə mərkəzlər və fond birjaları ilə sız əməkdaşlıq əlaqələri qurulmuş, bazara yeni alətlər təqdim olunmuş, market meyker institutu yaradılmışdır. Ən yadda qalan illərdən olan 2014-cü ildə enerji sektorunun qiymətli kağızlar bazarı vasitəsi ilə maliyyələşməsinin intensivləşməsi, BFB-nin ticarətinin ölkə ÜDM-nin 20%-nə çatması, BFB-də valyuta, qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət başlanılması kimi mühüm nailiyyətlər əldə edilmişdir.

Əldə edilmiş nəticələr fonunda qiymətli kağızlar bazarında effektiv dövlət tənzimlənməsini  həyata keçirən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən BFB qarşısında inkişaf hədəfləri müəyyən edilmişdir.  Bu hədəflər, onların əldə edilməsinə ünvanlanmış strategiya və taktiki tədbirlər “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramında öz əksini tapmışdır.

Son 15 ildə Bakı Fond Birjası korporativ imicini yeniləmiş, logonun rebrendiqini həyata keçirmiş və son nailiyyətlərindən biri olan tamamilə yenilənmiş korporativ internet səhifəsi vasitəsi ilə istifadəçilərə və investorlara yeni xidmətlər təklif edir.

Son illər Bakı Fond Birjası bir çox regional və beynəlxalq layihələrdə iştirak etmiş, 2012-2015-ci illərdə qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin əsas benefisiarlarından biri seçilmişdir. Həmin layihə çərçivəsində BFB tərəfindən Listinq Məsləhət Proqramı həyata keçirilir. Proqram kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının, habelə digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutur. LMP-nin tətbiqi nəticəsində 100-dən çox şirkətə peşəkar təlimlər keçilmiş, Listinq şərtləri sadələşdirilmiş və BFB-də listinqdən keçən emitentlərin sayı əhəmiyyətli dərəcədə artmışdır.

Bakı Fond Birjası son illərdə korporativ-maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində də işləri davam etdirmişdir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə laboratoriyası”nın açılmasında əsas təşəbbüskarlardan biri kimi çıxış etmiş, Azərbaycan Diplomatiya Akademiyasının istedadlı və yüksək potensiala malik gənclərinin peşəkar kimi formalaşması layihəsinə dəstək olmuşdur. Maarifləndirmə tədbirlərinin bir hissəsi olaraq “Bilik mübadiləsi” layihəsi çərçivəsində təhsil ocaqları ilə birgə bir sıra maraqlı müsabiqələrə keçirilir və kapital bazarları üzrə maarifləndirici video-roliklər və kitab-bələdçilər hazırlanır.

Bakı Fond Birjasına olaraq, komandamiza qarşıda duran ali məqsədlərə nail olmaq və qiymətli kağızlar bazarının inkişafı yolunda gələcək fəaliyyətimizdə uğurlar arzu edir, bu sahənin inkişafı üçün əməyi keçən və hal-hazırda şirkətimizdə çalışan bütün şəxsləri təbrik edirik!

75

slider-15-1