Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi

Bakı Fond Birjası 2012-ci ilin sentyabrında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Dünya Bankı ilə birgə “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin əsas benefisiarlarından biridir. Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (KBML) “2011-2020-ci illər ərzində qiymətli kağızlar bazarının inkişafı” üzrə dövlət proqramına dəstək vermək və kapital və korporativ kreditlərdən maliyyələşmə və investisiya kimi istifadə etməyi artırmaq məqsədilə yaradılmış hərtərəfli və çoxşaxəli proqramdır.

Layihənin icrasının maliyyələşdirilməsi üçün Dünya Bankı tərəfindən 12 milyon ABŞ dolları məbləğində kredit vəsaiti və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən 1,6 milyon ABŞ dolları məbləğində qrant vəsaiti ayrılmışdır. Azərbaycan Hökumətinin də payı daxil olmaqla, bütövlükdə dəyəri 15,8 milyon ABŞ dolları olan bu layihə 2015-ci ilin sonunadək davam edəcəkdir.

KBML aşağıdakı 4 kompoentdən ibarətdir:

Komponent 1: Bazar İnfrastrukturunun Sadələşdirilməsi və Avtomatlaşdırılması. Azərbaycanın cari bazar infrastrukturu üç depozit agentliyi, çətin sənədləşmə işləri və bazar iştirakçıları arasında elekton interfeysin olmaması səbəbindən köhnəlmiş və zədələnmişdir. Bu Komponent iqtisadi miqyas effekti yaratmaq və qiymətqoymanı və risklərin idarə olunmasını inkişaf etdirmək üçün bazar infrastrukturunu sadələşdirmək və birləşdirməklə bu maneələri aydınlaşdıracaq.

Komponent 2: Hüquqi və Tənzimləyici Çərçivənin Yenilənməsi və Gücləndirilməsi. Bu Komponent əsasən qiymətli kağızlar haqda normativ aktı tənzimləyən Aİ direktivlərinə uyğunlaşdırılması məqsədilə yaradılmış Azərbaycan Respublikasının Qiymətli Kağızlar barədə Qanun layihəsinin hazırlanması əsasında yaradılacaq. Bura uyğunluq, boşluq və hüquqi qüvvəsini müəyyənləşdirmək və bütün boşluqların Qanun layihəsində əhatə olunmasını təmin etmək məqsədilə mövcud kapital bazarı qanunvericiliyinin icmalı daxil olacaq. Layihə, həmçinin, investorları qorumaq üçün lazım olan səviyyələri qoruyub saxlayarkən və ya gücləndirərkən gəlirli və proporsional nəzarəti önə çəkmək üçün müvafiq icra qaydalarını işləyib hazırlamağa diqqət yetirəcək.

Komponent 3: Təchizatın stimullaşdırılması. Hazırda Azərbaycanın kapital bazarı zəif bazar kapitallaşması, emissiyaların azlığı, kiçik həcmli prospektlər və aşağı səviyyəli likvidliklə xarakterterizə olunur ki, bu, uzunmüddətli investisiyalar üçün əmanətlərin cəlb olunmasına mane olur və özəl sektoru dayanıqlı maliyyələşmə imkanlarından məhrum edir. Bu Komponent bir sıra yeni alətlər vasitəsilə təchizatı stimullaşdırmaqla kapital bazarlarına giriş və onlardan dayanıqlı maliyyələşmə alternativi kimi istifadəni önə çəkir. Həmçinin, Layihə QKDK-ya bizneslər üçün geniş yayılmış korporativ maariflənmə proqramını işə salmaqda kömək edəcək.

Komponent 4: Potensialın yaradılması. Kapital bazarlarının tənzimləyiciləri, potensial investorlar və bazar vasitəçiləri kapital bazarında müvafiq fəaliyyətləri ilə fəal şəkildə məşğul olmaq üçün artan potensialdan faydalana bilirlər. Bu Komponent potensial yaratmaqla bağlı fəaliyyətləri işə salmaqla bu işin öhdəsindən gəlməyə çalışacaq. Belə ki, buraya çoxsaylı simpoziumlar, Kapital Bazarlarının Təlim Mərkəzinin yaradılması, kütləvi maariflənmə kampaniyası və buna oxşar maariflənmə üsulları daxildir.