Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

AİF-in istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir

Ticarət xəbərləri

02 noyabr 2015-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Hərracda 1 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 5 000 000 manat təşkil etmişdir.

Sifariş  100.9417% qiymətdə təqdim edilmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  5 000 000  manat məbləğində müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr  2024-cü ildir.