Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

AİF istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Korporativ xəbərlər

Azərbaycan İpoteka Fondu tərəfindən emissiya edilmiş AZ2010008681, AZ2011008680, AZ2012008689  İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə

faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin 5%-nin ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan İpoteka Fondundan daxil olan məlumata əsasən, 22 yanvar 2018-ci il tarixində AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Bundan irəli gələrək sözügedən buraxılışlardan olan hər bir istiqrazın nominal üzrə qalıq məbləği  900 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 900 AZN məbləği əsasında hesablanacaq.

Qeyd olunanları nəzərə alaraq, AZ2010008681, AZ2011008680, AZ2012008689  İSİN-li istiqrazlar ilə Bakı Fond Birjasında ticarət edərkən istiqrazların baza qiymətinin 900 AZN olması nəzərə alınmalıdır.