Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Azərbaycan İpoteka Fondu” ASC-nin istiqrazları BFB-də listinqə qəbul edilmişdir.

Ticarət xəbərləri

24 yanvar 2016-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə “Azərbaycan İpoteka Fondu” ASC – nin (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edilmişdir. İstiqrazların buraxılış şərtləri aşağıdakı kimidir:

Emitent Q/k növü və forması Ticarətə buraxılan qiymətli kağızların sayı Nominal İstiqrazlar üzrə gəlirlilik
1 “Azərbaycan İpoteka Fondu” ASC Adi,

sənədsiz, adlı təmin edilmiş,

faizli

50 000 (ədəd) 1000 AZN 3 %

 

Listinqə alınmış qiymətli kağızlar kütləvi təklif qaydasında, hərraclar vasitəsilə BFB-də yerləşdiriləcəkdir. İstiqrazlar hərraca tranşlarla (hissə-hissə) çıxarılacaqdır. Hərracların keçirilməsi tarixi və hərraca çıxarılacaq qiymətli kağızların miqdarı barədə məlumat əlavə olaraq açıqlanacaqdır.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.