Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

«Azərbaycan İpoteka Fondu»-nun istiqrazlarının ilk hissəsinin yerləşdirilməsinə başlanılır

Ticarət xəbərləri

27 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2010008681 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcəkdir

. İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si AZ2010008681
Hərraca çıxarılan həcm 10 000 000 AZN
İstiqrazların nominal dəyəri 1000 АZN
İstiqrazların tədavül müddəti 3600  gün
İstiqrazlar üzrə gəlirlilik 3 %

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.