Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

«Azərbaycan İpoteka Fondu»-nun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Ticarət xəbərləri

06 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2013008688 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir

İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si AZ2013008688
Hərraca çıxarılan həcm (nominal qiymətlə) 10 000 000 AZN
Bir istiqrazların nominal qiyməti 1000 АZN
İstiqrazların tədavül müddəti 7560  gün
İstiqrazlar üzrə gəlirlilik 3 %

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1000.00 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.