Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

08 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC –   nin  AZ2023008686 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1005,0833 AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 000 000,00 manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 06 iyun  2035-ci ildir.