Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2027008682 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil etmişdir.

İstiqrazların   ödəmə tarixi 19 dekabr 2040-ci ildir