Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

08 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC – nin AZ2020008689 ISIN-li, 25 mln manat həcmində, 18 il (6480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1,000.0000 AZN olmuşdur.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26 mln manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25 mln manat təşkil etmişdir.

 

İstiqrazların   ödəmə tarixi 07 iyun  2035-ci ildir.