Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” (SOCAR) BFB-də listinqə qəbul edilmişdir.

Korporativ xəbərlər

19 sentyabr 2016-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları BFB-də əsas bazar seqmentində listinqə daxil edilmişdir. İstiqrazların buraxılış şərtləri aşağıdakı kimidir:

Döv. Qeyd. nömrəsi Q/k növü və forması Emitent Ticarətə buraxılan qiymətli kağızların sayı Q/k-ın ilkin ticarət qiyməti Bazar seqmenti Anderrayter
1 AZ2001019895 faizli sənədsiz adlı təmin edilməmiş istiqraz “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” 100 000 (ədəd) 1000 ABŞ dolları Əsas bazar “PSG-Kapital İnvestisiya Şirkəti” QSC

 

İstiqrazların tədavül müddəti 5 il, illik faiz dərəcəsi 5%, faiz ödənişi dövrü 3 aydır.

SOCAR istiqrazları ilk dəfə olaraq Azərbaycanda – Bakı Fond Birjasında yerləşdiriləcəkdir. Qeyd edək ki, istiqrazların BFB-də kütləvi təklif qaydasında yerləşdirilməsi, ilk dəfə olaraq abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

SOCAR-ın istiqrazlarına abunə yazılışı 20 sentyabr – 10 oktyabr 2016-cı il tarixlərində, yerləşdirilməsi isə 13-14 oktyabr 2016-cı il tarixlərində BFB-də keçiriləcəkdir.

Abunə yazılışı və yerləşdirilmə qiymətli kağızların ticarəti, ticarət sonrası əməliyytaları və bazara nəzarəti üzrə vahid platforma olan Azərbaycan Mərkəzləşmiş Birja Ticarət Sistemi (CETA) üzərindən həyata keçiriləcəkdir.

İstiqazların buraxılış şərtləri ilə daha ətraflı istiqrazların Emissiya prospektində tanış olmaq mümkündür. İstiqazların emissiya prospekti BFB-nin internet saytının Emitentlərin məlumat bazası bölməsində (http://bfb.az/emitentler/) yerləşdirilmişdir.

İstiqrazlar barədə əlavə məlumat Emitentin www.socaristiqraz.az internet saytından və eləcə də BFB-nin üzvləri olan investisiya şirkətlərindən əldə oluna bilər.

 

socar-1