Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının geriyə alış təminatı

Korporativ xəbərlər

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Bakı Fond Birjasında (BFB) üzv olan “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə “SOCAR istiqrazları” (ISIN: AZ2001019895) üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür.

İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaqdır.

Bu o deməkdir ki, istiqraz sahibləri ödəniş müddətinin sonuna qədər (5 il) gözləməyə məcbur deyildirlər, hər an istiqrazlarını BFB-də geri satıb, yatırılan vəsaitlərini götürə bilərlər.

Eyni zamanda, istiqrazlar üzrə market-meyker qismində çıxış edən “PSG Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən BFB-də gündəlik olaraq maksimal 5%-lik qiymət dəhlizi (alış və satış qiymətləri arasındakı fərq) ilə alış və satış qiymətləri (kotirovkaları) təqdim ediləcəkdir. Təqdim olunan kotirovka qiymətlərinin istiqrazların nominal qiymətindən aşağı olmayacağına emitent təminat vermişdir.

Mövcud qanunvericiliyinə uyğun olaraq, geri satın alma öhdəliklərinin icrasına istiqrazların ilkin yerləşdirilməsindən sonra başlanacaqdır.

Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim ediləcək və həmçinin BFB-nin veb-səhifəsində dərc olunacaqdır.

( http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari )

socar-1