Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100152S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

02 noyabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100152S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 64,236,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8475 AZN (14.9906%) və 98.9228 AZN (14.0005%) qiymət intervalında təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8483 AZN (14.9801%), orta ölçülmüş qiyməti – 98.8687 AZN (14.7117%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi  50 000 000 manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi  30.11.2016-cı ildir.