Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100159S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

02 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100159S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 150 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 337,394,700.00 AZN təşkil etmişdir.

Sifarişlər 99.2278 AZN (10.01%)qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.08.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 150,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 30.08.2017-ci ildir.