Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100252S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

10 noyabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100252S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 75 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,718,500.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8879 AZN (14.9948%) və 98.9410 AZN (14.2711%) qiymət intervalında təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8879 AZN (14.9948%), orta ölçülmüş qiyməti – 98.8913 AZN (14.8494%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 10.11.2016 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi  26,718,500.00 manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi  07.12.2016-cı ildir.