Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100253S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

11 yanvar 2017-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100253S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 5 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,000,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8475 AZN (14.9906%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 11.01.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 08.02.2017-cı ildir.