Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100256S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

09 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100256S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 9,371,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8879 AZN (14.9947%) və 98.9200 AZN (14.5572%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8879 AZN (14.9947%), orta ölçülmüş qiyməti – 98.9025 AZN (14.7957%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 09.03.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 9,371,300.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 05.04.2017-ci ildir.