Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50100653S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

08 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100653S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 22,759,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8065 AZN (14.9948%) və 99.9600AZN (13.0460%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8065 AZN (14.9948%), orta ölçülmüş qiyməti – 98.8409 AZN (14.5575%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 08.02.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 22,759,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 09.03.2017-ci ildir.