Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankı Not (50101056S) yerləşdirmənin nəticəsi

Ticarət xəbərləri

17 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50101056S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 8 investor tərəfindən 12 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 117,983,500.00 AZN təşkil etmişdir.

Sifarişlər 98.8848 AZN (14.4999%) və 99.0749 AZN (12.0052%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0749 AZN (12.0052%), orta ölçülmüş qiyməti – 99.0749 AZN (12.0052%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 17.05.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.

Notların ödəmə tarixi 14.06.2017-ci ildir.