Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

06 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100360S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 453,008,800.00 AZN, yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 04 oktyabr  2017-ci ildir.