Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

13 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100161S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddəti, diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 25 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 480,710,600.00 AZN, yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 11 oktyabr  2017-ci ildir.