Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

            9 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100273S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 534 046 400.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250, 000, 000. 00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 06.02.2019.