Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

            30 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100573S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 660,080,500.00  olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300, 000, 000. 00 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 27.02.2019.