Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

18 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 422 489 700,00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 100.000.000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 15.11.2017