Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Ticarət xəbərləri

27 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100361S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddəti diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 26 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 550 630 500,00 AZN, yerləşdirilmiş həcmi isə 200 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 25 oktyabr  2017-ci ildir.