Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Azfinance İnvest İnvestisiya Şirkəti” QSC BFB-də bir neçə şirkətin səhmlərinin market-meykerliyinə başlayır.

Ticarət xəbərləri

19 sentyabr 2016-cı il tarixindən etibarən “AzFinance İnvestisiya Şirkəti” QSC aşağıdakı şirkətlərin səhmlərinin Bakı Fond Birjasında market-meykerliyinə başlayır.

BFB-nin İdarə Heyətinin qərarına əsasən sözü gedən səhm buraxılışlarının hər biri üzrə alış və satış kotirovkalarının minimal həcmi 5 000 (beş min) manat, alış – satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi) 5% müəyyən edilmişdir:

No Emitentin adı Qiymətli kağızların ISIN nömrəsi Market meyker kotirovkasının minimal həcmi Alış – satış kotirovkaları üzrə qiymət dəhlizi (kotirovka spredi)
1 Cənubtikintiservis ASC AZ1001004691 5 000 manat 5%
2 Bakı ixtisaslaşdırılmış mexanizasiya-7 ASC AZ1001000848 5 000 manat 5%
3 Bakı Tikinti materialları ASC AZ1001000863 5 000 manat 5%
4 Bakıinşaatsənaye ASC AZ1001001564 5 000 manat 5%
5 AZENCO ASC AZ1001008452 5 000 manat 5%
6 Sumqayıt Çörək ASC AZ1001017230 5 000 manat 5%
7 Savalan ASC AZ1001012488 5 000 manat 5%
8 Avro-Asiya inşaat Korporasiyası EVRASCON ASC AZ1001000871 5 000 manat 5%
9 Dərnəgülsənayetikinti ASC AZ1001000376 5 000 manat 5%

BFB-nin ticarət qaydalarına əsasən, market meyker gündəlik olaraq BFB-də üzərinə gütürdüyü öhdəliklər həcmində alış və satış sifarişi (kotirovkası) təqdim etməlidir. Hal-hazırda BFB-də market meyker tərəinfdən likvidliyi təmin edilən səhmlərin sayı 10-dur.

Market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur http://www.bfb.az/about-markets/market-meyker-kotirovkalari.