Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar

Korporativ xəbərlər

Bakı Fond Birjası (BFB) və Yüksək Texnologiyalar Parkının (YTP) dəstəyi ilə cari ilin 7 noyabr tarixində “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçiriləcək. Təşkil ediləcək seminar “Borsa İstanbul”un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün və BFB-nin Biznesin İnkişafı Qrupunun rəhbəri Abdulla İsayev tərəfindən aparılacaq.

Təlim “Şirkət dəyərləndirilməsi üçün alətlər və yollar”, “Startap dəyərləndirilməsi üçün xüsusi metodlar “, “Startap maliyyələşməsi üçün alətlər”, “Startap şirkətin dəyərləndirilməsi ilə bağlı nümunələr”, “Dəyərləndirmədən sonrakı prosedur: startapların IPO-ya hazırlığı” kimi mövzuları əhatə edəcək.

Təlimdə iştirak etmək üçün 5 noyabr tarixinədək link üzərindən qeydiyyatdan keçmək vacibdir. Təlim 7 Noyabr saat 10:00-da  başlayır (Ünvan: Nizami küç. 203B., AF Business House, 3-cü mərtəbə, Bakı, Azərbaycan) və 14:00-da bitir.

Qeyd edək ki, təlimçi Serhat Görgün “Borsa İstanbul”da 2013-cü ilin dekabr ayından marketinq və satış fəaliyyətlərinə rəhbərlik edir. Bundan əlavə, S.Görgün İstanbul Fond Birjasını Sarayevo Fond Birjasında, Monteneqro Fond Birjasında və İstanbul Gemmologiya İnstitutunda İdarə Heyətinin üzvü qismində təmsil edir. Görgün “Galata Business Angels” Qrupunun (həmçinin Türkiyədə birinci mələk investisiya qrupu) təsisçisi və Türkiyə Sahibkarlığa İnvestisiya Məclisinin Palata Birliyinin (The Union of Chambers and Commerce of Turkey’s Enterprise Capital Council) üzvüdür. O, 2006-cı ildən bu günə kimi 30-dan artıq startap layihələrində investor və ya təsisçi-partnyor rolunu oynayıb.