Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası “Bilik mübadiləsi” layihəsi çərçivəsində ADA-da seminar təşkil etmişdir

Korporativ xəbərlər

22 noyabr 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən Azərbaycan Diplomatik Akademiyasinda (ADA) “Bilik mübadiləsi” layihəsi çərçivəsində “ Kapital Bazarları – MASTERCLASS” təlimi keçirilmişdir.

Tədbiri açıq elan edən ADA-nın “Biznes məktəbi”-nin  dekanı Elkin Nurməmmədov təlim iştirakçılarını salamlayaraq, Kapital Bazarları mövzusunda təlimlərin mütəmadi olaraq keçirilməsinin önəmliliyini vurğuladı və təşkilatçılara öz təşəkkürünü bildirdi. Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov “Kapital Bazarları- Masterclass” təlimlərinin BFB tərəfindən ali təhsil müəssisələrində mütəmadi keçirildiyini bildirərək, təşkil olunmuş tədbirin praktiki biliklərin tələbələr arasında təşviqinin vacibliyini qeyd etdi.

Təlim ərzində  BFB-nin peşakar təlimçiləri olan Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili və Biznesin İnkişafı qrupunun aparıcı mütəxəssisi  Əli Orucov geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızları kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri, eləcədə “IPO” mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər. Mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlimlərin keçirilməsində məqsəd tələbələrə Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi, kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanması istiqamətində nəzəri və praktiki yönümlü institutlar arasında sinerjinin təmin edilməsidir.