Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında seminar təşkil etmişdir.

Ticarət xəbərləri

8 aprel 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün “Azərbaycan qiymətli kağızlar bazarının arxitekturası” və  “Bakı Fond Birjasında ticarət” mövzusunda seminar təşkil edilmişdir.

Tədbirdə həmçinin Universitetin professor-müəllim heyəti iştirak etmişdir. Seminarı giriş sözü ilə açan ADA-nın Biznes Məktəbinin dekanı Dr. N.J. Delener təşkilatçılara və tələbələrə seminarın işində uğurlar arzu etmişdir. BFB-nin İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Namazov öz növbəsində yaradılmış imkana görə ADA rəhbərliyinə öz təşəkkürünü bildirmiş və Azərbaycan qiymətli kağızlar bazarının tarixi və inkişaf infrastrukturu barədə qısa məruzə etmişdir. Daha sonra BFB-nin Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev və Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara maliyyə bazalarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklər təqdim edilmişdir.

Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına tövhə verməkdir. Cari ilin sonanadək BFB tərəfindən elm və  təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.