Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası ilə Belarusiyanın Valyuta-Fond Birjası arasında memorandum imzalanmışdır

Korporativ xəbərlər

05 yanvar 2018-ci il tarixində Bakı Fond Birjası ilə Belarus Valyuta-Fond Birjası arasında birgə əməkdaşlığa dair memorandum  imzalanmışdır.

Sənəd Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanmışdır.

Memorandumun məqsədi  hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması  və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların  kapital bazarlarına çıxarılması  üçün post ticarət institutları arasında  əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir.