Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası ilə Metak MMC “Listinq Məsləhət Proqramı” çərçivəsində növbəti görüşünü keçirmişdir

Korporativ xəbərlər

Bakı Fond Birjası ilə Metak MMC “Listinq Məsləhət Proqramı” (LMP) çərçivəsində növbəti görüşünü Metak MMC-nin mərkəzi ofisində həyata keçirmişdir. Görüş zamanı şirkətin kapital bazarlarına daxil olma istiqamətində qiymətli kağızlar buraxılışının müəyyən şərtləri müzakirə olunmuş, eyni zamanda birja əməkdaşları Metak MMC-nin istehsal prosesi ilə yaxından tanış olmuşdur.

Görüşdə həmçinin birja üzvü olan investisiya şirkətlərindən Az Finans İnvest-in nümayəndəsi də iştirak etmişdir.