Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı

Ticarət xəbərləri

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə, BFB-də üzvlüyünə xitam verilmişdir.

Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra, onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, “BROKDİL-AZ”, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin “Kapital Menecment İ.Ş. ASC”, “İnvest-AZ İ.Ş. QSC”, “Az-Finans İ.Ş. QSC”, “Unicapital İ.Ş. ASC”, “Paşa Kapital İ.Ş. QSC” və “PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü vardır.

BFB-nin Üzvlərin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.