Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı çağırılmışdır

Korporativ xəbərlər

21 dekabr 2015-ci il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir.

İclas zamanı  “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvlərinin və sədrinin seçilməsi üzrə səsvermə keçirilmişdir. BFB-nin Səhmdarlarının səsvermə nəticələrinə görə Kapital Bank ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilmişdir. R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət İqtisad Universiteti, Əmək İqtisadiyyatı və Sosiologiya ixtisası üzrə təhsil almışdır. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutmuşdur. Rövşən Allahverdiyev, 2013-cü ilin iyun ayından etibarən isə Kapital Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvü seçilmişdir. F.İslamov 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil almışdır. 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında  müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.