Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir

Korporativ xəbərlər

23 dekabr 2016-cı il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir.

Ümumi yığıncaqda Fariz Əzizovun digər işə keçməsi ilə əlaqədər müraciətinə əsasən o “Bakı Fond Birjası” QSC-nin İdarə Heyəti sədri vəzifəsindən azad olunmuş və “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri vəzifələrinin icraçısı BFB-nin İdarə Heyətinin sədr müavini Vüqar Faiq oğlu Namazov təyin olunmuşdur.

Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar,  klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə BFB-nin İdarə Heyətinin sədr müavini, Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsinə təyin edilmişdir. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən təqdim olunan Peşəkar Layihə Meneceri (PMP) sertifikatını əldə etmişdir. Ailəlidir, 2 övladı var. Ailəlidir, 2 övladı var.

Tədbir zamanı həmçinin növbəti 2 il müddətinə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının üzvləri və sədri seçilmişdir. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə Departamentinin direktoru Sarvan Mikayılov, “Unibank” ASC-də Risklərin İdarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışan Asəf Hüseynov və “Borsa İstanbul A.Ş”-nin İdarə Heyəti sədrinin baş məsləhətçisi Serkan Karabacak Müşahidə Şurasının yeni üzvləri olaraq seçilmişlər. Səhmdarların qərarına əsasən Fariz Əzizov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilmişdir. Ümumilikdə, BFB-nin Müşahidə Şurasının 7 üzvü vardır.

Yığıncaq zamanı “Bakı Fond Birjası” QSC-nin 2017-ci il üzrə büdcəsi müzakirəsi olunmuş və təsdiq edilmişdir.