Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası Startaplar üçün təlim keçirmişdir

Korporativ xəbərlər

Listinq Məsləhət Proqramı ( LMP) çərçivəsində 12 iyun 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri qonaq təlimçi qismində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində Startaplar üçün “Kapital Bazarlarının maliyyələşmə yolları” mövzusunda təlim keçirmişdir.

Təlim ərzində  BFB-nin təlimçiləri iştirakçılara yerli qiymətli kağızlar bazarının ümumi arxitekturası, ticarətin təşkili, birjada qiymətli kağızların listinqi və listinq üzrə tələblər, Listinq Məsləhət Proqramının məqsəd və hədəfləri, Startap maliyyələşməsinin mərhələləri, Startapdan İPO-ya gedən yol barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.

Sual-cavab sessiyasında təlim iştirakçılarının sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış  və geniş müzakirələr aparılmışdır.

AMEA Yüksək Texnologiyalar Parkı BFB-nin LMP-nin üzvüdür, razılaşmaya əsasən BFB tərəfindən təlim və məsləhət xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.