Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası tərəfindən ADA-da “MASTERCLASS” təlimi keçirilmişdir

Korporativ xəbərlər

21 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri ADA universitetində tələbələrə kapital bazarlarına dair təlim keçirmişdir.

Təlim ərzində  BFB-nin peşəkar təlimçiləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət, post-ticarət əməliyyatları, listinq və listinq məsləhət proqramı barəsində nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.

Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış  və geniş müzakirələr aparılmışdır.