Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası tərəfindən ADA-da “MASTERCLASS” təlimi keçirilmişdir

Korporativ xəbərlər

27 fevral 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri qonaq təlimçi qismində ADA-da kapital bazarlarına dair təlim keçirmişdir.

Təlim ərzində  BFB-nin peşəkar təlimçiləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızlarla kü tləvi ticarət olunan şirkət olmağın üstünlükləri barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış  və geniş müzakirələr aparılmışdır.