Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası tərəfindən Bakı Mühəndislik Universitetində “MASTERCLASS” təlimi keçirilmişdir

Korporativ xəbərlər

11 may 2018-ci il tarixində Bakı Fond Birjasının (BFB) mütəxəssisləri “Bilik Mübadiləsi” proqramı çərçivəsində qonaq təlimçi qismində Bakı Mühəndislik Universitetinin tələbələri üçün kapital bazarlarına dair təlim keçirmişdir.

Təlim ərzində  BFB-nin mütəxəssisləri iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızlarla kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.

Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış  və geniş müzakirələr aparılmışdır.