Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjası tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir

Korporativ xəbərlər

11 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.

Nümayiş olunan əsərlərin maksimum sayda insanlara çatdırılması və sərginin auditoriyasının genişləndirilməsi məqsədi növbəti sərgi virtual təşkil edilmişdir.

Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir.

Bu məqsədlə Şüvələn Uşaq və Ailələrə Dəstək Mərkəzində sərginin təqdimatı təşkil edilmişdir. Təqdimatında çıxış edən BFB-nin İdarə Heyətinin sədri Vüqar Namazov xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların məşğul olduqları sənətə qarşı bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin xüsusi önəm daşıdığını vurğuladı. Sonda ehtiyacı olan uşaqlara yeni tədris ili ilə əlaqədar olaraq məktəbli ləvazimatları hədiyyə olundu.

Virtual sərgidə  nümayiş olunan rəsm əsərləri və eləcə də onların müəllifləri barədə ətraflı məlumat BFB-nin internet saytının http://bfb.az/sergi bölməsində yerləşdirilmişdir.

 

Məlumat üçün, BFB-nin sosial məsuliyyətlilik proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət ilk sərgi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2017-ci ilin iyun ayında keçirilmişdir.