Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasıda İsveçrənin səfiri və SECO nümayəndəsi ilə görüş təşkil edilmişdir

Korporativ xəbərlər

13 aprel 2017-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edən cənab Vüqar Namazov İsveçrənin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Filip Stalder və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) regional direktor müavini xanım Simon Haeberlini qəbul etmişdir.

Görüş zamanı V.Namazov BFB-nin fəaliyyəti, əldə olunmuş nailiyyətlər, həyata keçirilən layihələr və inkişaf perspektivləri barədə qonaqlara geniş məlumat vermişdir.  Səfir F.Stalder öz növbəsində Bakı Fond Birjasında olmaqdan məmnunluğunu ifadə etmiş və son dövrlərdə ölkəmizdə kapital bazarlarının inkişaf layihlərinin müsbət nəticələri barədə fikir mübadiləsi aparmışdır. Daha sonra xanım S.Haeberli İsveçrə şirkətkəri və SECO ilə qarşılıqlı əməkdaşlıq məsələlərinin vacibliyini vurğulamış və bu istiqamətdə dəstək verməyə hazir olduqlarını bildirmişdir.

Görüşün sonunda səfir F.Stalder və xanım S.Haeberli Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimində iştirak etmişlər. Zəng mərasindən xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.