Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasında Koreya Birjasının nümayəndə heyəti ilə görüş təşkil edilmişdir

Korporativ xəbərlər

24 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Koreya Birjasının nümayəndə heyəti ilə görüş təşkil edilmişdir.

Görüş zamanı mövcud Ticarət Sistemlərinin imkanlarının genişləndirilməsi, mövcud bazar alətlərinin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq və birgə layihələr barəsində müzakirələr aparılmışdır.

Qonaqlar həmçinin BFB-nin açılış zənginin iştirakçısı olmuşdur.

Qeyd edək ki, BFB-nin Ticarət Sisteminin daxil olduğu Azərbaycan Mərkəzi Ticarət Sistemi (CETA) 2016-cı ildə “Azərbaycan Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində Koreya Birjasınının Ticarət Platformaları əsasında yaradılmışdır.