Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Ticarət xəbərləri

21 iyun 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104002511 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 11 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,437,000.00 AZN təşkil etmişdir.

Sifarişlər 80.0000 AZN (25.1377 %) və 91.7800 AZN (9.0055 %) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 91.3700 AZN (9.4971%) orta ölçülmüş qiyməti 91.3874 AZN (9.4761%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.06.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  20.06.2017-cı  ildir.

İstiqrazların tədavül müddəti –  364 gündür.