Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasında Metak MMC ilə birja üzvü olan investisiya şirkətləri arasında görüş keçirilmişdir

Korporativ xəbərlər

Metak MMC “Listinq Məsləhət Proqramı” (LAP) çərçivəsində ilk görüşünü Bakı Fond Birjasında birja üzvü olan investisiya şirkətləri ilə keçirmişdir.

Görüş zamanı Metak MMC-nin cari fəaliyyəti və gələcək biznes planları haqqında geniş təqdimat olunmuşdur.

Görüşdə İnvest-AZ, Az Finans İnvest, PSG Kapital, Kapital Menecment, Paşa Kapital və Unikapital-ın nümayəndələri ilə Metak MMC-nin heyəti arasında şirkətin kapital bazarlarından maliyyələşmə imkanları, onların dəyərləndirilməsi, optimal alətlərin seçilməsi, investorlar üçün təklifin hazırlanması və s. bu istiqamətdə atılacaq mümkün addımlar interaktiv formada müzakirə edilmişdir.

Xatırladırıq ki, Metak MMC BFB-nin təşkil etdiyi Azərbaycan kapital bazarlarından maliyyələşmənin təşviqi və bu istiqamətdə şirkətlərə dəstək göstərilməsinə yönəlmiş “Listinq Məsləhət Proqramı”na qoşulmuşdur. Bu münasibətlə, 28.03.207-ci il tarixində BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Vüqar Namazov və METAK MMC-nin icraçı direktoru Aydın Kərimov tərəfindən “Listinq Məsləhət Proqramı” (LAP)-na qoşulma haqqında saziş imzalanmışdır.