Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

Bakı Fond Birjasında Səlahiyyətli treyderlərə ticarət əməliyyatlarında iştirak üzrə təlim keçirilmişdir

Korporativ xəbərlər

Bakı Fond Birjası Maliyyə Bazarları üzrə Təlim və Maarifləndirmə Mərkəzi ilə birgə investisiya şirkətlərinin əməkdaşları üçün qiymətli kağızlar bazarında səlahiyyətli treyder təlimləri təşkil etmişdir. 3 gün davam edən təlimlər zamanı gələcək treyderlərə BFB-də ticarət əməliyyatlarının həyata keçirilməsinə dair nəzəri və praktiki biliklər tədris edilmişdir

Təlimlərdə BFB-də treyder fəaliyyətinin əsasları, qiymətli kağızların ticarətə buraxılması, ticarətin təşkilinin ümumi xarakteristikası, ticarət əməliyyatlarının spesifikası, şəffaf ticarət mühitinin formalaşdırılması və məsuliyyət tədbirləri kimi nəzəri mövzularla yanaşı, təkrar bazar əməliyyatları, yerləşdirmə əməliyyatları, repo əməliyyatları kimi praktiki biliklər təlim iştirakçılarının diqqətinə çatdırılmışdır.

Təlimin məqsədi səlahiyyətli treyderlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, treyderlərin ticarət sistemindən istifadə vərdişlərinə yiyələnməsi, treyderlər tərəfindən BFB-də ticarət əməliyyatların həyata keçirilməsi üçün zəruri olan daxili qayda və prosedurların mənimsənilməsi, ticarət prosesi zamanı baş verə biləcək texniki və hüquqi səhvlərin qarşısının alınması və ədalətli və şəffaf ticarət vərdişlərinin təşviqidir.