Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-də daxili biznes proseslərin avtomatlaşdırılmasına start verilmişdir

Korporativ xəbərlər

“Bakı Fond Birjası” QSC-nin fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə BFB daxilində olan biznes proseslərin avtomatlaşdırılması və elektron sənəd dövriyyəsinin təşkilinə başlamışdır.

Mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuş avtomatlaşdırma şirkət daxili layihələrin idarə edilməsi, elektron sənəd dövriyyəsinin təşkili, hesabatlılıq, daxili resursların və biznes proseslərin effektiv idarə edilməsi, daxili nəzarət sahələrini əhatə edəcəkdir.