Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-də ilk dəfə olaraq səhmlər üzrə market meyker fəliyyətinə start verilir.

Korporativ xəbərlər

28/12/2015 tarixindən etibarən BFB-də ilk dəfə olaraq səhmlər üzrə market meyker fəliyyətinə start verilir.

Bu məqsədlə BFB ilə birja üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC arasında market meyker müqaviləsi imzalanmışdır. Beləlikə AzFinance İnvestisiya Şirkəti BFB-də səhmlər üzrə ilk market meyker təyin edilmişdir.

Şirkətlə razılaşmaya əsasən ilkin olaraq market meyker fəliyyəti AZ10010018378 qeydiyyat nömrəli, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə həyata keçiriləcəkdir. Eyni zamanda, BFB tərəfindən market meykerin digər səhm buraxılışları üzrə likvidliyin təmin olunması müraciətinə baxılır.

Market meyker qeyd olunmuş qiymətli kağızlar üzrə 15 000 manat həcmində BFB-də gündəlik alış və satış öhdəliyi daşıyır. Alış və satış qiymətləri arasında qiymətlər dəhlizi (spredi) 5% təşkil edir.

Xatırladaq ki, BFB-də istiqrazlar üzrə fəaliyyət göstərən market meykerlər də daxil olmaqla, bazarda hazırda  3 market meyker institutu fəaliyyət göstərir.

BFB-də market meyker insitutunun yaradılması və təşviqi bazarda rəqbətli qiymətlərin formalaşması və likvidliyin artırılması məqsədi daşıyır.