BFB-də kütləvi təklif (İPO)

BFB şirkətləri İPO-ya hazırlıq, İPO və İPO-dan sonrakı mərhələlərdə müşayət edir.

İPO (ilkin kütləvi təklif ) şirkət tərəfindən səhmlərinin ilk dəfə olaraq geniş ictimaiyyətə təklif olunmasıdır. BFB listinq Məsləhət Proqramı vasitəsi ilə şirkətləri İPO-ya hazırlıq, İPO və post İPO mərhələlərində müşayət edir. Belə ki,  şirkətə İPO üçün zəruri olan bütün xidmətlər BFB və onun partnyorları tərəfindən göstərilir. Buraya daxildir:

 – Hüquqi dəstək, təşkilati-hüquqi formanın dəyişdirilməsi (MMC və ya QSC-dən ASC-yə keçid)

 – Təşkilati strukturun formalaşması

 – Korporativ idarəetmə

 – Maliyyə hesabatlılığı

 – İnvestorların tapılması

 – Emissiya prospektinin və zəruri sənədlərin hazırlanması

 – Qiymətli kağızların listiqi

 – Qiymətli kağızların yerləşdirlməsi

 – Emitentə və onun aidiyyati əməkdaşları üçün zəruri təlimlərin keçirilməsi

Daha ətraflı BFB tərəfindən həyata keçirilən Listinq Məsləhət Proqramına müraciət edə bilərsiniz.