Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

“BFB-də likvidlik alətləri: REPO” forumunun nəticələri

Korporativ xəbərlər

20 oktyabr 2016-cı il tarixində Bakı Fond Birjası tərəfindən “BFB-də likvidlik alətləri: REPO” mövzusunda işgüzar forum keçirilmişdir.

Foruma banklar, sığorta şirkətləri, investisiya şirkətləri, real sektor təmsilçiləri, SOCAR, Azərbaycan İpoteka Fondu, nəzarət orqanları – Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət palatası və digər bazar iştirakçıları dəvət olunmuşdur.

Tədbir zamanı REPO aləti vasitəsi ilə likvidliyin idarə olunması mexanizmlərinin təqdimatı və bazar institutlarının iştirakı ilə mövzu ətrafında panel müzakirələri təşkil olunmuşdur.

Tədbir zamanı açılış nitqi ilə çıxış edən, BFB-nin İdarə Heyətinin sədri cənab Fariz Əzizov tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin mahiyyəti, mövzunun aktuallığı, kapital bazarının imkanları və inkişaf perspektivləri haqqında məlumat vermişdir.

dsc01810

Məruzəçilər emitent, investisiya şirkəti, investor/borcalan, fond birjası, klirinq evi mövqeyindən REPO alətinin imkanlarını və üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdırlar.

Forum ərzində “BFB-də yenilənmiş REPO alətinin təqdimatı” mövzusunda Vüqar Namazov, “BFB-də REPO alətinin ticarətinin təşkili” mövzusunda BFB-nin Ticarət və üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili, “Repo əməliyyatları və mövcud bazar şəraitində əhəmiyyəti” mövzusunda Paşa Kapitalın Broker əməliyyatları və İnstitusional satışlar üzrə rəhbəri Mirsəyyad Mahmudov, “Qiymətli kağızların təkrar bazar likvidliyinin emitent üçün imkanları”mövzusunda SOCAR kapitalın nümayəndəsi Elxan Həsənov və “Likvidlik alətlərinin ticarət sonrası sistemləri, risklərin idarə olunması mexanizmləri” mövzusunda Milli Depozit Mərkəzi, Əməliyyat Departamentinin direktoru Elçin Məmmədov çıxışlar etmişdir.

BFB-nin İH sədrinin müavini Vüqar Namazovun moderatorluğu ilə keçirilən tədbirin ikinci hissəsində “REPO alətinin qısamüddətli likvidliyin idarə edilməsində effektivliyi” və “Azərbaycan istiqraz bazarının dərinliyi, market meyker institutu” mövzularında interaktiv panel müzakirələri təşkil olunmuşdur.

dsc01848

Panel iştirakçıları qismində Vüqar Namazov (moderator), Paşabank, Xəzinədarlıq və Aktiv  Passivlərin idarə edilməsi departamentinin direktoru Bəhruz Nağıyev, SOCAR Kapitalın nümayəndəsi Tolga Kotan və , Milli Depozit Mərkəzi, Əməliyyat Departamentinin direktoru Elçin Məmmədov qeyd olunan mövzular haqqında tədbir iştirakçılarına maraqlı açıqlamalar vermiş və iştirakçılar tərəfindən verilən sualları cavablandırmışdırlar.

Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə, repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.

Tədbir və ümumilikdə mövzular ilə əlaqəli geniş məlumatları BFB-nin internet səhifəsindən əldə edə bilərsiniz: http://bfb.az/bfb-de-likvidlik-aletleri-repo/

 

dsc01836

 

dsc01863