Xəbərlər

Tarix intervalını seçin

Kateqoriya

BFB-də “Paşa Yatırım Bankası” Anonim şirkətinin istiqrazları listinqə daxil edilmiş və ticarətinə başlanılmışdır

Korporativ xəbərlər

13 avqust tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və təkrar bazarda ticarəti təşkil olunmuşdur.

Qeyd edək ki, sözügedən istiqrazlar xarici emitent tərəfindən yerli bazarda buraxılmış və   BFB-də listinqə alınmış ilk qiymətli kağızdır.

Hər birinin nominal dəyəri 1000 ABŞ-dolları olan 25.000 ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazlar təkrar bazarda ticarətə buraxılmışdır. İstiqrazlar üzrə kupon dərəcəsi 4.85 faiz təşkil edir və son ödəniş tarixi 22 dekabr 2022-ci tarixinə təsadüf edir.

Bu münasibətlə BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov ilə  “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyəti sədri Cəlal Qasımov iştirakı ilə “Açılış zəngi” mərasimi olmuşdur.

Bununla əlaqədar olaraq, BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov “Paşa Yatırım Bankası” Anonim şirkətinin xarici emitent olaraq, Azərbaycan kapital bazarlarında iştirakını müsbət dəyərləndirmiş və BFB-də korporativ istiqrazlar bazarının inkişafı üçün xüsusi əhəmiyyəti daşıdığını vurğuladı.

Daha sonra “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyətinin sədri Cəlal Qasımov yerli bazarda xarici emitent tərəfindən ilk dəfə BFB-də qiymətli kağızların ticarətə buraxılmasını müsbət hal kimi qiymətləndirdiyini bildirdi. C.Qasımov şirkətin  strategiyasına uyğun olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsini hədəfləndiyini qeyd etdi.

Tədbirin sonunda tərəflər arasında Listinq müqaviləsi imzalandı və bu münasibətlə ticarətin başlanmasını simvolizə edən  “Açılış zəngi” mərasimi həyata keçirilmişdir.