BFB-də üzvlük

Bakı Fond Birjasında ticarət yalnız BFB-nin daxili üzvlük qaydalarının və ticarət qaydalarının tələblərinə uyğun olaraq birja üzvlüyü statusunu əldə etmiş bazar iştirakçıları arasında təşkil olunur.

Bakı Fond Birjasının üzvləri BFB-nin ticarət platformasından məsafədən qoşulma imkanı ilə istifadə edərək ticarətdə olan qiymətli kağızlar üzrə sifarişlər təqdim etməklə investorlara xidmət göstərə və ya özləri investisiya fəaliyyətində iştirak edə bilərlər. Bundan əlavə olaraq, birja üzvü  olan investisiya şirkətləri hüquqi şəxs olan müştərilərinin maliyyə ehtiyaclarına müvafiq olaraq onlara birjada kapital cəlb etmə imkanları təklif edə bilər.

Bakı Fond Birjasının üzvləri və ya üzvlük üçün müraciət etmiş şəxslər yalnız QKDK tərəfindən verilmiş və qüvvədə olan investisiya şirkəti lisenziyasına malik hüquqi şəxslər ola bilərlər. Fiziki şəxslər heç bir halda birja üzvü ola və ya üzvlük üçün müraciət edə bilməzlər.

Üzvlük əldə etmək istəyən şəxslər müraciət tarixi üçün Birjanın daxili qaydaları ilə müəyyən edilmiş şərtlərə cavab verməlidirlər. Müraciətçinin şərtlərə uyğunluğu daxili Üzvlük Komitəsi tərəfindən qiymətləndirilir və üzvlük haqqında qərar verilir. Birja üzvlüyü müraciətçinin şərtlərə uyğun gəlməsi və tələblərin yerinə yetirilməsinin təmin edilməsi əsasında verilir. Üzvlük proseduru haqda daha ətraflı məlumat üçün BFB-nin Üzvlük qaydaları ilə tanış ola bilərsiniz.

Birja üzvlüyü müqabilində Birja üzvlərinin birjaya olan maliyyə öhdəlikləri birdəfəlik daxil olma haqqı və illik əsasda ödənilən haqqlardan ibarətdir. Daha ətraflı məlumat üçün BFB-nin Tarif cədvəlində təqdim edilmişdir.

Hazırda Bakı Fond Birjasının 6 üzvü vardır.